AZ

Azərbaycanda 16 illik şirkət ləğv edildi

Mərkəzi Rieltor Bürosu MMC, Be Positive MMC, və EKSPERT-M MMC keçirilən ümumi yığıncaqlarda ləğv olunmaları barədə qərar qəbul ediblər.

News24.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Qərara əsasən, şirkətilərin hüquq və vəzifələri başqa şəxslərə keçməyəcək. Birbaşa ləğv prosesi həyata keçiriləcək.

Kreditorlar öz tələblərini 60 gün ərzində bildirə bilərlər.

Qeyd edək ki, Mülki Məcəllənin 61.7-ci maddəsinə uyğun olaraq, kreditorların pul tələbləri növbəlilik prinsipinə əsasən ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.

Xatırladaq ki, "Be Positive"  MMC 2024-cü ilin aprel ayında yaradılıb. Şirkətin qanuni təmsilçisi Manafov Ələmdar Rövşən oğludur. "Mərkəzi Rieltor Bürosu" MMC 2023-cü ilin mart ayında yaradılıb, qanuni təmsilçisi Fərzəliyev Elnur Sabir oğludur. "Ekspert-M" MMC 2009-cu ilin mart ayında yaradılıb, qanuni təmsilçisi Qardaşova Təranə Hacı qızıdır.

Seçilən
24
20
news24.az

10Mənbələr