AZ

"iPhone 17" belə görünəcək - FOTO

Apple-ın iPhone 17 seriyasında ciddi dizayn dəyişiklikləri edəcəyi ilə bağlı söz-söhbətlər güclənir. Texnologiya sektorunda məlumatları ilə tanınan Majin Bu, sosial media hesablarında iPhone 17-yə aid olduğunu iddia etdiyi CAD şəkillərini yayımlayıb.


News24.az xəbər verir ki, yayılan görüntülərdə üç linzanın yan-yana düzüldüyü və LED flaşının sağ tərəfdə yerləşdiyi görünür. Bundan əlavə, yeni idarəetmə və kilidləmə düyməsi də diqqəti cəlb edir. Güc və kamera idarəetmə düymələri kadrın sağında, səs səviyyəsinə nəzarət və hərəkət düymələri isə solda yerləşir. Apple-ın titan əvəzinə alüminium çərçivəyə üstünlük verə biləcəyi də şayiələr var. Bu o deməkdir ki, cihazın çəkisində dəyişiklik ola bilər.

Apple Google-u təqlid edir?

iPhone 17-nin kamera dizaynının Google Pixel 9 seriyası ilə oxşarlığı diqqəti çəkir. Mövzu ilə bağlı fikirlərini bölüşən istifadəçilər, üfüqi kamera çubuğunun performans baxımından üstünlüklərinin ola biləcəyini, ancaq iPhone-un özünəməxsus görünüşünü itirməsinin mənfi olacağını bildirirlər.

Gözlənilən yeniliklər

İddia edilir ki, iPhone 17 Pro Max üç 48 MP kameraya sahib olacaq. Bütün 17 seriyada daha güclü süni intellektə yönəlmiş çiplərdən və 12 GB RAM-dan istifadə ediləcəyi gözlənilir. Qurğuya təkmil, daha yaxşı soyutma sisteminin gətiriləcəyi də şayiələr var. Selfie kamerasını təkmilləşdirməklə yanaşı, Wi-Fi 7 dəstəyi ilə də gələcəyi gözlənilir.

Günel Məlikzadə

Seçilən
1
news24.az

1Mənbələr