AZ

“Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub

Bakı, 11 fevral, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) “Kapitan Şahid Həbibullayev” kitabı nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda məşhur kolleksioner, Qarabağ qazisi Şahid Həbibullayevin ömür yolu, Qarabağ müharibəsindəki şücaətləri və mis qablar kolleksiyası haqqında məlumat verilib.

Nəşrin redaktoru və ön sözün müəllifi Dilbər Ağayeva, rəyçiləri tarix elmləri doktoru Tahirə Həsənzadə, filologiya elmləri doktoru Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.

Seçilən
3
2
azertag.az

3Mənbələr