Bu gün Yayım Assosiasiyasının və Bakı Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun Xocahəsən qəsəbə Klubunda şairə, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlı ilə oxucuların görüşü keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə qonaqlar, qəsəbə nümayəndələri və gənc oxucular iştirak ediblər. Görüş çərçivəsində çıxışlar, sual-cavab sessiyası və poeziya anları təşkil olunub. Maraqlı müzakirələrlə zəngin keçən görüşdə iştirakçılar Aynur Qafarlının yaradıcılığı və pedaqoji fəaliyyətinə dair suallar ünvanlayıblar.
Yayım Assosiasiyası 2025-ci il üçün nəzərdə tutulan layihələrə start verərək, yeni mərhələdə ədəbi və mədəni tədbirlərin genişləndirilməsini hədəfləyir.