AZ

İlon Mask OpenAI-ni almaq istəyir – 97 milyard dollarlıq təklif

Finss.az - İlon Maskın rəhbərlik etdiyi investorlar konsorsiumu OpenAI-nin bütün aktivlərini əldə etmək üçün 97 milyard dollardan çox təklif edib.

Bu barədə Maskın vəkili Mark Toberof məlumat verib.

Konsorsium OpenAI-nin fəaliyyətini dəyişdirərək onu açıq mənbə kodlu, təhlükəsizlik və ictimai rifaha yönəlmiş bir təşkilata çevirməyi hədəfləyir. Toberofun sözlərinə görə, konsorsiuma X.AI Corp., Baron Capital, Valor Management, Altreides Management, VY Fund III, L.P., Emanuel Capital Management, LLC və Eight Partners VC, LLC kimi aparıcı investisiya şirkətləri daxildir.

Maskın rəhbərliyi altında bu şirkətlər OpenAI-ni əldə etmək və onun fəaliyyət istiqamətini dəyişmək üçün resurslarını birləşdiriblər. Təklif edilən satınalma konsorsiumun təhlükəsizlik prinsiplərinə və açıq mənbə kodlu texnologiyalara verdiyi önəmi vurğulayır.

Mövzu ilə bağlı OpenAI rəhbərliyindən hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
0
fins.az

1Mənbələr