AZ

HƏMAS Trampa cavab verdi: “Girovları azad etməyin yeganə yolu...”

Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampa bildirib ki, Qəzza zolağında girovların azad edilməsinin yeganə yolu İsrail və HƏMAS arasında bağlanmış atəşkəsə hörmət etməkdir.

Herbiand.az bildirir ki, bu barədə Reuters agentliyi HƏMAS-ın yüksək vəzifəli üzvünə istinadən xəbər verir.

Tramp sərəncamları imzalayarkən HƏMAS-dan şənbə günü günortaya qədər bütün girovları azad etməyi tələb edib, əks halda “cəhənnəm olacağını” bildirib.

“Tramp xatırlamalıdır ki, hər iki tərəfin riayət etməli olduğu razılaşma var və bu, məhbusları azad etməyin yeganə yoludur. Təhdid dilinin heç bir dəyəri yoxdur və sadəcə vəziyyəti çətinləşdirir”, – agentlik Sami Əbu Zuhridən sitat gətirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
herbiand.az

1Mənbələr