AZ

Avropa İttifaqı ABŞ-ın tətbiq etdiyi vergi tariflərinə cavab verəcəyini bildirib

Avropa İttifaqı (Aİ) ABŞ-ın gömrük rüsumları tətbiq etməsinə sərt tədbirlərlə cavab verəcək.

Editor.az xəbər verir ki, bu bəyanatla Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen çıxış edib.

“ABŞ-ın Avropadan polad və alüminium ixracına gömrük rüsumları tətbiq etmək qərarından dərin təəssüf hissi keçirirəm. AB-yə qarşı ədalətsiz tariflər cavabsız qalmayacaq və sərt və mütənasib əks tədbirlərə səbəb olacaq” ,-deyə bildirilib.

Qeyd edək ki, bir gün əvvəl Donald Tramp ABŞ-dan idxal olunan polad və alüminiuma 25 faiz gömrük rüsumunun tətbiqi haqqında fərman imzalamışdı. Tədbirlər martın 4-dən qüvvəyə minəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr