AZ

"Fənərbaxça"dan gələcəyə yatırım: Yeni "Aleks"lə 5 illik müqavilə

Qış transfer dönəmində heyətini ulduz futbolçularla gücləndirən "Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Vasko"da çıxış edən Qabriel Souza da Silvanın transferini tamamlayıb. 

Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Da Silvanın "Fənərbaxça" ilə müqaviləsinin detalları 

İstanbul klubu 20 yaşlı braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Fənərbaxça" Braziliya klubuna 3,5 milyon avro transfer haqqı ödəyəcək. Artıq klublar arasında rəsmi müqavilə imzalanıb. 

"Fənərbaxça"nın yeni transferi "Kasımpaşa"da oynayacaq

Silvanın mövsümün sonuna kimi "Kasımpaşa"ya icarəyə veriləcəyi bildirilir. Buna komandanın legioner limitində olması səbəb olub. 

 

Sabiq “Trabzonspor”lu “Rizespor”da – Rəsmi

“Qalatasaray” aidiyyatı qurumlara müraciət etdi

Frankovski "Qalatasaray"da - RƏSMİ

16 yaşlı qazaxıstanlı “Çelsi”də

“Beşiktaş”dan növbəti transfer

Seçilən
9
1
apasport.az

2Mənbələr