AZ

"Mənəm e, Paşinyan": Nikolun Vaşinqton və Paris rəzaləti

Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə növbətialçaldıcı səfəri zamanı Ermənistanın Fransadan asılılıq əlamətləribir daha tam aşkarlandı. Paşinyanın dövlət rəhbəri yox, daha çoxvassal kimi davrandığı bu səfərdə Fransa prezidenti EmmanuelMakronun Yelisey Sarayında təşkil etdiyi təntənəli ham yeməyindəyaşanan olaylar Ermənistana qərbin “himayəçisi” tərəfindən idarəolunan bir piyada kimi baxıldığını nümayiş etdirdi.

Dünən Parisdə başlanmış Süni İntellekt üzrə Sammit (AI ActionSummit) bu gün başa çatacaq.

Sammitdə dünya liderləri, şirkət rəhbərləri, alimlər və digəriştirakçılar bir araya gəliblər.

Paris sammitində müzakirə edilən məsələlər arasında süniintellekt texnologiyalarının qlobal miqyasda genişlənməsi yolları,bu texnologiyalara bərabər çıxış imkanlarının təmin edilməsi və AIinqilabı dövründə azadlıqların qorunması zərurəti yer alır.Həmçinin, süni intellektin humanist dəyərləri və ictimai maraqlarınəzərə almaqla cəmiyyətin xeyrinə necə istifadə edilə biləcəyiməsələsinə diqqət yetirilir.

Sammitə təxminən 100 ölkənin nümayəndələri, eləcə də özəl sektorvə vətəndaş cəmiyyətindən 1000-dən çox iştirakçı qatılıblar.

Paşinyanın mətbuat xidməti Fransa tərəfindən edilən qəbulun“Ermənistan-Fransa münasibətlərində dinamik inkişafı” vurğulamaqla,bunu yüksək səviyyədə təqdim etməyə çalışdı. Amma hər şeytərsinədir.

Nikol Paşinyan Yelisey Sarayında olarkən Qərb ölkələrinin dövlətvə hökumət başçıları ilə əl sıxaraq görüşmək üçün dəridən-qabıqdançıxdı. Daha sonra Hindistanın baş naziri Narendra Modi ilə görüşməküçün qaçan və bu zaman iki kətili aşıran Nikol Paşinyan kənardançox komik, həm də acınacaqlı təsir bağışlayırdı.

Adətinə xilaf çıxmayan Paşinyan bərbad ingilis dilində danışmağaçalışır, salamlaşır, yanındakı fotoqrafına "Çəkirsən? Çək!"deyirdi.

Süni intellektçə həsr olunmuş sammitə qatılan liderlərlə yanaşıduraraq, yaxud da görüşərək fotolar çəkdirən Nikol Paşinyan buminvalla "başını başlara qatan" şəxs, xüsusilə də "beynəlxalqsəviyyədə ciddi qəbul olunan baş nazir" imici yaratmağaçalışırdı.

Halbuki vəziyyət Nikol Paşinyanın kloun kimi davrandığınıgöstərirdi.

Gerçək sadədir: Ermənistan müstəqillik görüntüsünü beləitirərək, Fransa geosiyasətinin alətinə çevrilib. Makronun YeliseySarayında dünən səsləndirdiyi “Ermənistanı dəstəkləməyə davamedəcəyik” bəyanatı təntənəli görünə bilər, lakin bu dəstəyin əslqiyməti nədir? Məzkur dəstək Ermənistanı qonşularındanuzaqlaşdırmaq və onu siyasi təcridə salmaq demək deyilmi?

Emmanuel Makron Ermənistanı Azərbaycan, Türkiyə və həttaRusiyanın regional maraqlarına təzyiq vasitəsi kimi məharətləistifadə edir. Rəsmi İrəvanın açıqlamalarına görə, Parisdəkigörüşdə “sülh prosesi və “kommunikasiyaların açılması” məsələlərimüzakirə edilib. Halonki əslində, Makronun məqsədi bölgədəgərginliyi artırmaq və İrəvanı öz təsir dairəsində saxlamaqdır.

“Sülh gündəliyi” adı altında Makron Bakıya qarşı hər hansırazılaşmanın pozulmasına yönələn təxribatçı ritorikanı dəstəkləyir.Paşinyanın “Sülh yolayrıcı” adlandırdığı layihəsə Ermənistanınuğursuz xarici siyasətini uğur kimi təqdim etmək cəhdindən başqabir şey deyil. Ermənistan bu “yolayrıc"la problemlərin mərkəzinəçevrilib və təcrid olunmuş vəziyyətdə real həllər təklif edəbilmir.

Şam yeməyi zamanı Paşinyanın Ermənistanda "irəlilətməyəçalışdığı demokratik islahatlar” da müzakirə edilib. Həminislahatlar yalnız vitrin kimi istifadə olunur və dövlət sisteminintam tənəzzülünü gizlədir. Ermənistan hökuməti daxili problemlərihəll etmək əvəzinə, Qərbdəki "hami"ləri ilə əlaqələri gücləndirməyiüstün tutur. Nəticədə, ölkə əhalisi artan yoxsulluq, miqrasiya vədaxili sabitsizliklə üzləşir. Ermənistanda demokratiya xaricisiyasət uğursuzluqlarını doğrultmaq vasitəsinə, islahatlar isəidarəçilikdəki çatışmazlıqları ört-basdır etmə üsulunaçevrilib.

N.Paşinyanın “yeni səviyyə” adlandırdığı İrəvan-Parismünasibətləri əslində ağalıq-vassallıq əlaqələrini xatırladır.Makron üçün zəif və asılı Ermənistan onun qərarlarından vədəstəyindən asılı olan faydalı bir alətdir. Ermənistanı Fransayabağlayan Paris, Ermənistan rejimini öz maraqlarını irəlilətmək üçünistifadə edir və İrəvana qonşularla münasibətləri normallaşdırmaqşansı vermir.

“Sülh prosesi”, “demokratik islahatlar” və “ikitərəfliəməkdaşlıq” haqqında deyilənlər yalnız görüntüdür. Əslində isəErmənistanın iqtisadiyyatı ildən-ilə daha çox xarici dəstəklərdənasılı vəziyyətə düşür və infrastruktur layihələri yalnız vədlərsəviyyəsində qalır.

Ermənistanı başqalarının geosiyasi oyunlarında alətə çevirənPaşinyan hər addımı ilə baş nazir yox, marionet olduğunutəsdiqləyir. Azərbaycan və Türkiyə ilə körpüləri yandıraraq “böyükFransa”ya bel bağlayan Paşinyan bölgədə sabitliyi gücləndirməkəvəzinə, hər cür əməkdaşlıq şansını məhv edir. Lakin ParisErmənistanın problemlərini həll etməyəcək, əksinə, onları öztəsirini artırmaq üçün istifadə edəcək.

Fransa Ermənistanı öz orbitinə çəkərək, onun müstəqillikşanslarını tamamilə əlindən almaqdadır.

İrəvan isə Qərbin onun problemlərini həll edəcəyinə ümid edərək,zaman, resurslar və gələcəyini itirir. Paşinyan “yeni səviyyə”münasibətlərindən danışsa da, bu səviyyə yüksəliş deyil,uçurumdur.

Ermənistan iki yoldan birini seçməlidir: ya qərbin siyasətindəalət olaraq qalacaq, ya da nəhayət anlayacaq ki, onun əsl gücüqonşularla münasibətləri normallaşdırmaqda, yoxsa Parisin yalançıvədlərinə bel bağlamaqda deyil. Bu vaxt isə Paşinyan Yeliseysarayında şam yeməkləri ilə fəxr edir, onun ölkəsi isə böhranlardaboğulur və heç kim onu xilas etmək fikrində deyil.

Bu arada Nikol Paşinyanın ABŞ-yə "dəbdəbəli səfər"ini dəxatırlamamaq olmur. Tələm-tələsik təşkil olunmuş vizit Ermənistandapeşəkar diplomatiyanın ümumiyyətlə, olmadığını göstərdi.

Çünki əfərin nə strateji strukturu və məqsədləri, nə də düzgünplanlaşdırılması yoxdu.

Deyəsən, İrəvanda kimsə Vaşinqtonda yüksək səviyyəli rəsmilərləgörüşlər barədə öncədən razılıq əldə etməyə və ya ölkə üçün hərhansı bir fayda gətirə biləcək gündəm formalaşdırmağa belə cəhdetmədi. Nəticədə Ermənistan baş nazirinin səfəri o qədərəhəmiyyətsiz oldu ki, ABŞ mediası onu demək olar ki, görməzdəngəldi.

Özünü “demokratik islahatçı” kimi təqdim edən bir dövlət rəhbərinə ABŞ Prezidenti Donald Tramp, nə də Dövlət Katibi Mark Rubiyotərəfindən qəbul edilmədi. Bu alçaldıcı laqeydlik, ABŞ-ninErmənistanı nə strateji tərəfdaş, nə də beynəlxalq arenada mühümoyunçu kimi görmədiyinin birbaşa göstəricisidir.

ABŞ-nin vitse-prezidenti ilə görüş rəsmi İrəvan tərəfindən azqala "möhtəşəm geosiyasi uğur" kimi təqdim edilsə də, əslində birfars idi. Ermənistan tərəfinin paylaşdığı fotoşəkildə həttaErmənistan bayrağı belə görünmürdü - bu, ABŞ-nin prioritetsiyahısında İrəvanın hansı yerdə dayandığını simvolik şəkildəgöstərir. Ölkələrarası münasibətləri gücləndirmək üçün bir fürsətola biləcək bu səfər mənasız bir PR-aksiya ilə yekunlaşdı. Hətta bugörüş belə, Paşinyanın arxivinə əlavə ediləcək bir fotoşəkildənbaşqa real nəticə gətirmədi.

Paşinyanın dini təşkilatlarla bağlı tədbirlərdə iştirakı isəxüsusi diqqət çəkir. Səhər yeməyində iştirak edən dini liderlərinbəziləri sektalarla bağlı olan şəxslər idi. Bu addım, hər hansıreal diplomatik addımlardan uzaq bir insanın çarəsizliklə atdığıabsurdu xatırladır. Real danışıqlar aparmaq əvəzinə, baş nazir heçbir siyasi və ya iqtisadi təsiri olmayan şübhəli təşkilatlarla vaxtitirdi. Bu sadəcə bir səhv deyil; XXI əsrdə diplomatiyanın necəişlədiyini anlamamağın bariz nümunəsidir.

Beləliklə, görünən budur ki, Paşinyanın rəhbərliyi altındaErmənistanın xarici siyasəti xaotik ziddiyyətlər toplusunaçevrilib. Bir tərəfdən, o, Qərblə münasibət qurmağa çalışaraqanti-Rusiya ritorikası nümayiş etdirir. Digər tərəfdən, Moskvaqarşısında öz bəyanatlarını və addımlarını əsaslandırmaqməcburiyyətində qalır. Belə riskli balans artıq həm Rusiya, həm dəABŞ tərəfindən etimadın itirilməsinə gətirib çıxarıb. Ermənistan,real müttəfiqləri və strateji tərəfdaşları olmayan bir təcridvəziyyətində qalıb.

Paşinyan ABŞ-nin özünü demokratiyanın qoruyucusu kimi təqdimetdiyini düşünərək, islahatlarını dəstəkləyəcəyini və siyasi yardımgöstərəcəyini ümid edirdi. Amma o unudur ki, geosiyasətdə simpatiyavə emosiyalara yer yoxdur. Vaşinqton üçün zəif və etibarsıztərəfdaşlar maraqlı deyil. ABŞ ilə imzalanmış strateji saziş isəboş bir formalizmdən başqa bir şey deyil, çünki bu sənədinarxasınca heç bir real addım atılmadı.

Paşinyanın ABŞ-yə səfərinin uğursuzluğu Ermənistan üçün həyəcansiqnalıdır. Əgər ölkə xarici siyasətdəki xaotik yolu davametdirərsə, beynəlxalq arenada son təsir rıçaqlarını da itirəcək. Busəfər, strateji baxışın olmaması və qeyri-peşəkarlığın necəfəlakətli nəticələrə gətirib çıxara biləcəyini nümayiş etdirdi.

Ermənistan təcili olaraq öz xarici siyasətini yenidən nəzərdənkeçirməli, milli maraqlara əsaslanan aydın və ardıcıl birstrategiya qurmalıdır. Əks halda, daha dərin təcrid və digəroyunçuların idarə etdiyi vəziyyətlərdən asılılıq onu gözləyir.

Əgər bacararsa və istəyərsə.

Fəqət, çətin...

Seçilən
11
4
az.trend.az

5Mənbələr