AZ

Rodrinin son vəziyyəti nə yerdədir? - Özü açıqladı

"Mançester Siti"nin ağır zədə alan yarımmüdafiəçisi Rodri son vəziyyətinin nə yerdə olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Zədə də həyatın bir parçasıdır. İdmançılar belə şeylərə adət ediblər. Pozitiv insanam, mövcud vəziyyəti olduğu kimi qəbul edirəm. Tanrıya hər şeyə görə minnətdaram və nikbin olmağa çalışıram. Hazırda müəyyən məşqlər edirəm, bədənimin digər hissələrini möhkəmləndirməklə məşğulam".

Xatırladaq ki, Rodri ötən ilin sentyabrında sıradan çıxıb. İspaniya millisinin üzvünün ön xaçvari diz bağları qopub. Sözügedən futbolçu "Qızıl top" mükafatının son qalibidir.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr