Suriya Müdafiə Nazirliyi Rusiya konvoyunun Tartus əyalətindəki bazaya daxil olmasına icazə verməyib.
Publika.az xəbər verir ki, raket daşıyan 30 maşından ibarət Rusiya konvoyu səhər saatlarında Xmeymim hava bazasından Tartusa yola düşüb.
Konvoy Suriya hökumətinin Müdafiə Nazirliyinə bağlı hərbi qüvvələr tərəfindən təxminən 8 saat Tartusda yol keçid məntəqəsində gözlədilib. Konvoy bazaya girə bilməyərək Xmeymim bazasına geri qayıdıb.
Qeyd edək ki, Rusiya ordusu devrilmiş Əsəd rejimi ilə 2015-ci ilin avqustunda əldə olunan razılaşmaya uyğun olaraq bazadan istifadə etməyə başlayıb.