AZ

Tramp İranın ABŞ-la razılaşmaya hazır olduğuna inanır

ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi ilə bağlı razılığa gələ biləcəyinə inanır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, bu barədə “Fox News”a müsahibəsində bildirib.

“Düşünürəm ki, biz İranla bağlı razılaşma əldə edəcəyik”, - ABŞ prezidenti deyib.

Tramp əlavə edib ki, o, İrana zərər verməyən razılaşma əldə etməyə üstünlük verir.

ABŞ prezidentinin sözlərinə görə, İranın hava hücumundan müdafiəsi o qədər də effektiv deyil və bu, ölkəni daha həssas və danışıqlar masasına oturmağa hazır edir.

Seçilən
30
operativmm.az

1Mənbələr