AZ

Hesabalma Palatasının ikinci cəhdi də baş tutmadı: Benzin tenderi ləğv edildi

Hesablama Palatasının daha bir tenderinin nəticəsi ləğv olunub. Tribunainfo.az xəbər verir ki, söhbət Palatanın xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzinin satın alınmasından gedir.

Məlumatda bildirilir ki, dünən bu barədə AİİBNDX-ın qərarı açıqlanıb. Məlum olub ki, Hesablama Palatasının xidməti avtomobilləri üçün 67.944 manatlıq benzin almasına dair tender ləğv edilib. Səbəb isə tenderdə iştirak edənlərin sənədlərinin qaydasına olmaması, habelə onların mal və məhsulların təhcizatına dair lisenziyaya malik olmamalarıdır.

Xatırladaq ki, bir müddət əvvəl də Hesablama Palatasının xidməti avtomobilləri üçün benzin almaq cəhdləri bbaş tutmamışdı. Həmin tenderin də nəticəsi qanunun tələblərinin pozulması səbəbindən ləğv edilmişdi.

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr