AZ

"Qobu" stansiyasından indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlandı

Bakı. Trend:

“Qobu” modul tipli Elektrik Stansiyasından bu ilin fevralın1-dək 6,3 mlrd. kVt·st elektri kenerjisi istehsal edilib.

Bu barədə Trend-ə EnergetikaNazirliyindən bildirilib.

Bildirilib ki, stansiya ümumi gücü 385 MVt olmaqla, hər biri18,32 MVt gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.

Qeyd edək ki, 2022-ci ilin 11 fevral tarixində Abşeron rayonuQobu qəsəbəsində “Qobu” modul tipli Elektrik Stansiyasının açılışıolub.

Xatırladaq ki, Azərbaycanda 2024-cü il ərzində 26,7 milyardkilovatt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu dabir il əvvələ nisbətən 8,7% azdır. Ümumilikdə isə ölkədə elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatısektorunda 2024-сü ildə 1321,4 milyon manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr