BMT-nin baş katibi Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini sülh danışıqlarını bərpa etməyə və HƏMAS hərəkatından girovların azad edilməsi prosesini davam etdirməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən HƏMAS-ı girovları planlaşdırıldığı kimi azad etməyə davam etməyə çağırıram. Hər iki tərəf atəşkəs razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməli və ciddi danışıqları davam etdirməlidir", - deyə Ümumdünya Təşkilatının baş katibi bildirib.