AZ

Mask ABŞ hökumətini sosial təminat saxtakarlığında ittiham edir

ABŞ-də sosial təminat fırıldaqları amerikalıların törətdiyi bütün maliyyə cinayətlərinin cəmini üstələyən böyük ölçülərə çatmışdır.

XəzərNews.az xəbər verir ki, bu barədə iş adamı və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask sosial media hesabında paylaşım edib.

"Bu nöqtədə mən 100% əminəm ki, federal müavinətlərdə fırıldaqçılıq miqyası indiyə qədər eşitdiyiniz bütün fərdi fırıldaqçılıq hallarının ümumi məbləğini üstələyir", - deyə paylaşımında qeyd edib.

Onun sözlərinə görə, sosial təminat sektorunda qanun pozucuları qanuni tədbirlər görməyə layiqdirlər.

Aylin
XəzərNews.az


Xəbər 3 dəfə oxunub.
Seçilən
12
38
xezernews.az

10Mənbələr