AZ

PKK tərəfindən İstanbul bələdiyyələrinə sızdırılan on şübhəli şəxs saxlanılıb

İstanbul, 11 fevral, Günel Karatepe, AZƏRTAC

İstanbulda PKK/KCK terror təşkilatı üzvlərinin şəhər bələdiyyələrinə yerləşdirilməsi iddiası ilə başladılan istintaq nəticəsində aralarında bələdiyyə sədrlərinin müavinlərinin də olduğu 10 şübhəli istintaqa cəlb olunub.

AZƏRTAC xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırmada PKK/KCK terror təşkilatı üzvlərinin Türkiyənin böyük şəhər bələdiyyələrinə sızdırılması tapşırığının verildiyi müəyyən edilib.

Bu çərçivədə təşkilatın “Xalqların Demokratik Konqresi” strukturu daxilində fəaliyyət göstərən şəxslərin müxtəlif adlar altında İstanbul bələdiyyələrinə yerləşdirilidiyi aşkarlanıb. Bununla bağlı İstanbulun 12 rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində başda Kartal və Ataşehir bələdiyyə sədrlərinin müavinləri olmaqla, Sancaktepe, Fatih, Tuzla, Adalar, Şişli, Beyoğlu bələdiyyələrinin üzvlərindən ibarət on nəfər nəzarətə götürülüb.

Şübhəlilərin xidməti otaqları və yaşayış yerlərində axtarışların davam etdiyi bildirilir.

Seçilən
1
3
azertag.az

5Mənbələr