Türkiyədə şəbəkə marketlərdəki 50 minə yaxın məhsulun qiymətlərinə baxmağı və müqayisə etməyi mümkün edən internet saytı açılıb.
Marja.az xəbər verir ki, mövzu ilə bağlı sosial media hesabından açıqlama verən ölkənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır aşağıdakıları qeyd edib:
“Mərkəzi Bankın və digər əlaqədar dövlət qurumlarının araşdırmaları üçün TÜBİTAK-ın köməyi ilə apardığımız işlərin məhsulu olan internet saytını bütün vətəndaşlarımızın faydalanması və istifadəsinə açdıq. Bu sayədə hər kəs market və supermarket şəbəkə filiallarında 50 minə yaxın məhsulun qiymətlərini görə və müqayisə edə biləcəklər”.
Vətəndaşlar marketfiyati.org.tr vasitəsilə bazardan bazara məhsul qiymətlərini müqayisə edə biləcəklər.