Bakıdakı “Rus Evi”nin üzərində rus dilində yazılmış lövhə götürülüb.
Sitat.info xəbər verir ki, fevralın 11-də səhər saatlarında əraziyə gələn fəhlələr lövhəni söküblər.
Xatırladaq ki, bundan əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.