AZ

Tramp etiraf etdi: Ukrayna bir gün Rusiyaya çevrilə bilər

ABŞ prezidenti Donald Tramp bir gün Ukraynanın “Rusiyaya çevrilə biləcəyini” etiraf edib və Amerika hökumətinin Ukraynadan xərclədiyi bütün pulları “geri qaytarmaq” istəyəcəyini istisna etməyib.

Turkustan.az xəbər verir ki, O, bildirib ki, "Biz yüzlərlə milyardlarla dollar xərcləyirik. Onlar müqavilə bağlaya bilər, razılaşmaya bilər. Onlar bir gün Rusiyaya çevrilə bilər, Rusiya olmaya bilər, amma pulumuz oradadır və mən onu geri istəyirəm. Mən artıq onlara dedim ki, nadir torpaq metallarındakı ekvivalenti, təxminən 500 milyard dollar istəyirəm. Və onlar, əsasən, bununla razılaşıblar".

Tramp əlavə edib ki, o, Kiyevə əvvəlki şərtlərlə “onlara əlavə pul ayrılmasının mümkünsüzlüyü” barədə xəbərdarlıq edib və “nəsə edilməsini” tələb edib.

Amerika lideri həmçinin bir daha təsdiqləyib ki, əgər o, birinci müddətindən dərhal sonra hakimiyyətdə qalsaydı, Ukraynada münaqişə baş verməzdi. "Mən həmişə deyirəm ki, mən prezident olsaydım və seçkilər saxtalaşdırılmasaydı, bu baş verməzdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr