AZ

Dəməşqdə İsrailə məxsus casus aparatı tapılıb - VİDEO

Suriyanın paytaxtı Dəməşqin şimal-qərbində yerləşən Cəmraya Elmi Araşdırma Mərkəzini hədəf alan casusluq cəhdi təhlükəsizlik qüvvələri tərəfindən üzə çıxarılıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə strateji tədqiqat bazasının qarşısındakı binada qabaqcıl müşahidə sistemi tapılıb.

Yerli mənbələrin məlumatına görə, aşkar olunan müşahidə sistemi İsrailə məxsus olub. İsrail kəşfiyyatına aid olduğu düşünülən bu sistem binanın su çəninə quraşdırılıb. Su çəninin içində gizlədilən sistem çevirici, elektrik doldurucu, siqnal ötürücü və qəbuledicisi, termal kamera, batareyalar və peyk internet bağlantısı kimi avadanlıqlardan ibarət olub. Bu vasitənin devrilmiş rejim və İran milisləri adından kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edildiyini bildirib.

Təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilən texnika dərhal sökülərək yararsız hala salınıb.

“AzPolitika.info”

Seçilən
3
azpolitika.info

1Mənbələr