13:24 11.02.2025
13:24 11.02.2025
Fevralın 10-u axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.
Sumqayıt şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.