BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, “Qəzzada münaqişənin yenidən başlamasının qarşısı alınmalıdır”, əks halda bu, “böyük faciəyə gətirib çıxaracaq”.
Turkustan.az xəbər verir ki, Quterreş X hesabında verdiyi açıqlamada,“Biz nəyin bahasına olursa-olsun Qəzzada hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almalıyıq ki, faciə yaşanmasın”-deyə, əlavə edib.
“Hər iki tərəf atəşkəs razılaşması çərçivəsində götürdüyü öhdəliklərə tam əməl etməli və ciddi danışıqlara davam etməlidir”, - deyən Quterreş HƏMAS-ı məhbusları planlaşdırıldığı kimi azad etməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az