AZ

Ançelotti: “Mançester Siti” ilə oyun demək olar ki, “klasiko”dur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə ilk – səfər oyunundan gözləntisini paylaşıb.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikri təqdim edir:

“Bu, artıq demək olar ki, “klasiko”dur, oyun elə, əvvəlkilər kimi maraqlı olacaq. Nələrin baş verəcəyini öncədən söyləmək çətindir, çünki hər şey keyfiyyətdən və fərdi ustalıqdan asılı olacaq… Bunlar çox yüksək səviyyəli oyunlardır və burada özünün ən yaxşı təzahürünü nümayiş etdirmək gərəkdir.

Ələmə oyunları həmişə başağırısıdır. Ancaq gerçəklik budur ki, “Mançester Siti” bizi sıradan çıxarmaqla Çempionlar Liqasını qazanmışdı və həmçinin əksinə. Əminəm ki, mərhələni adlayacaq komanda yarışda daha da uzağa gedəcək.

Bunun ələmə oyunu olacağı heyrətamizdir… Burada olduğumuz amilə görə UEFA təqsirkar deyil, özümüz təqsirkarıq, bu oyun final və yarımfianl oyunu ola bilərdi. Ancaq, təkrar edirəm, bu, yalnız bizim təqsirimizdir”, deyə Ançelotti vurğulayıb.

İtalyan mütəxəssis “şəhərlilər”in cari mövsümdəki fəsadları mənzərsəində uğursuz çıxışı haqda da açıqlama verib:

“Mən əlbəttə, təəccüblənirəm. Onların zədələr və məğlubiyyətlərlə keçmiş çətin bir dövrü olub, amma indi gördüklərimə görə, bu, həmişə olduğu kimi çox rəqabətəqadir bir komandadır. “Mançester Siti”nin güclü olduğuna şübhə etmirəm”, – “Managing Madrid” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Karlo Ançelotti “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola haqda da fikrini bildirib:

“Mən onu futbola böyük töhfə vermiş bir məşqçi hesab edirəm – topla oyun, hücum oyunu, təzyiq və fədakarlıq. O, futbolda yenilikçidir və mən ona böyük hörmət bəsləyirəm. Ən yaxşısı deyilsə, o, ən yaxşılarından biridir.

Hər dəfə bir-birimizə qarşı oynayarkən, oyunlara hazırlıq – dəhşətdir, çünki onun düşündürücü fikirləri həmişə var”, – “Marca” nəşri Ançelottidən sitat gətirir.

Xatırladaq ki, “Mançester Siti” – “Real” oyunu bu gün, fevralın 11-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 fevral) başladacaq.

Seçilən
22
arena.az

1Mənbələr