AZ

Uşaq parkından 176 bomba çıxdı

Böyük Britaniyadakı uşaq parkında İkinci Dünya Müharibəsinə aid 176 bomba tapılıb. Hələ də partlama riski olan bombalara ilk dəfə yanvar ayında parkda aparılan təmir işləri zamanı rast gəlinib.

10 kvadratmetr sahədə tüstü patronları ilə birlikdə hər birinin çəkisi təxminən 5 kaq olan 65 təlim bombası aşkar edilib. Axtarışlar genişləndirildikdə, qalanları da aşkarlanıb.

Səlahiyyətlilər daha çox sursatın tapıla biləcəyinə inanır və bölgədə daha çox axtarış aparlımalı olduğunu bildirir: “Problemin miqyası hər kəsin gözləntilərini aşdı. Uşaqların bombaların üstündə oynadığını düşünmək həqiqətən qorxudur”, – dedi şəhərin meri Mark Mazə bildirib.

“Biz parkın yalnız üçdə birini təmizləyə bildik” deyən Mather, ordunun “Brimstone Site Investigation” adlı özəl şirkət tərəfindən Northumberland hökumətinin maliyyə töhfələri ilə həyata keçirdiyi işi öz üzərinə götürmək istəmədiyini söyləyib.

Ehtimal olunur ki, İngiltərədəki könüllü “Home Guard” bölmələri bu ərazidə təlim keçib və müharibə bitdikdən sonra bombaları basdırıblar.

İkinci Dünya Müharibəsindən qalan bombalar keçmişdə də partlayışlara səbəb olub.

ABŞ təyyarəsi tərəfindən Yaponiya ərazisinə atılan bombanın 2024-cü ilin oktyabrında hava limanının uçuş-enmə zolağında partlaması nəticəsində böyük dəlik yaradıb.

2023-cü ildə Böyük Britaniyanın Böyük Yarmut bölgəsində də gözlənilməz partlayış baş vermişdi.

Seçilən
16
vaxt.az

1Mənbələr