AZ

Hemiltonun qəzasını adi hal kimi qarşıladılar

“Sky Sports”un eksperti Kreyq Sleyter “Ferrari”nin “Formula-1” üzrə dünya çempionatının 7 qat qalibi Lüis Hemiltonun Barselonadakı test yürüşləri zamanı üzləşdiyi qəzaya reaksiyasından danışıb:

“Ferrari”dəki yüksək vəzifə sahibi olan şəxsin mənə dediyinə görə, ilin bu vaxtında qəza tam normal haldı, xüsusən də Hemilton kimi adam üçün. O, komandanın debütantıdı, yeni maşınını sınaqdan keçirmək, onun imkanlarını qiymətləndirmək istəyir. Və burda təkrar da var. Lüis “Mersedes”də çıxış edərkən də ilk mövsümöncəsi testlərdə qəzaya uğramışdı”.


Xatırladaq ki, britaniyalı pilot yanvarın 29-da Barselonadakı test yürüşü zamanı maşına nəzarəti itirərək trassdakı qoruyucu səddə çırpılmışdı. Pilot qəza zamanı zərər görməsə də, maşın sırada çıxıb. Hemilton “Ferrari”nin SF-23 versiyasının yenilənmiş modelinin sükanı arxasında idi. Onun ötən mövsümün sonunda “Mersedes”i “Ferrari”yə dəyişdiyini də xatırladaq.
Seçilən
27
football-plus.az

1Mənbələr