AZ

Kreml: Rusiya İrəvan-Bakı danışıqlarına kömək etməyə hazırdır

Peskov: Rusiya İrəvanla Bakı arasında danışıqlara kömək etməyə hazırdır.

Rusiya İrəvan və Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz İrəvandan müxtəlif səviyyələrdə vasitəçilərə ehtiyac olmadığına dair bəyanatlar eşitmişik. İrəvan və Bakının özləri bu danışıqları bu proses yekunlaşana qədər davam etdirməyə qadirdirlər. Hər cür mümkün yardımı göstərməyə hazır olduğumuz halda biz müstəqil səyləri alqışlayacağıq".

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etmişdi ki, Ermənistan çətin ki, Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçiliyini qəbul etsin .

Seçilən
18
operativmedia.az

1Mənbələr