"Vecon Consulting" qiymətləndirmə şirkəti Bakı şəhəri üzrə mənzillərin (yaşayış sahəsinin) 1 kvadrat metrinin (kv.m) qiymətlərini araşdırıb, maksimum, orta və maksimum qiymətləri müəyyən edib.
Marja.az Şirkətin Məlumat Basasının İdarəedilməsi departamentinin araşdırmasına istinadən xəbər verir ki, Bakıda 1 kv.m mənzil ən baha "Port Baku"dadır. Bu premium yaşayış kompleksində mənzillərin 1 kvadrat metirinin maksimum qiyməti 8150 manat, minimum qiyməti 5764 manatdır.
İkinci yerdə Bakı Ağ Şəhər gəlir. Bakının yeni yaşayış mərkəzində mənzillərin 1 kv.m-nin qiyməti 6120 manatadək çatır. Bakı Ağ Şəhərdə orta qiymət 3740 manat, minimum qiymət 2440 manatdır.
Nəsimi rayonu mənzillərin bahalığına görə 3-cü yerdədir. Bakının mərkəzi rayonunda 1 kvadrat metr mənzilin qiyməti 2580 manat - 5610 manat civarındadır.
Bakıda ən ucuz mənzilə Pirallahıda sahib olmaq olar. Bakının bu rayonunda evin 1 kvadrat metrinin qiyməti 820 manat - 1316 manat civarında dəyişir.