Vinisius "Real Madrid" üçün narahatlıq yaradıb. Ulduz futbolçu, artıq uzun müddətdir ki, formada deyil.
News24.az xəbər verir ki, o, son 20 matçdan yalnız 12-də meydana çıxa bilib. Onlardan 4-nü zədə, 4-nü isə cəza səbəbindən buraxmalı olub.
Mövsümə mühərrik kimi başlayan braziliyalı noyabrın sonuna kimi 12 qolla komandanın bombardiri olub. Mbappeni kölgədə qoyan Vini üçün noyabr ayından bu günə qədər uğursuz çıxışları ilə yadda qalıb.
Qollarının sayını da azaldan Vini komanda yoldaşlarından geri qalıb. O, son iki ayda komandası üçün cəmi 5 qol vurub. Bu müddətdə Mbappe 14, Rodriqo 10, Bellinqhem isə 8 qola sevinib.
Hazırda Karlo onunla ciddi müzakirə aparır. Bu gedişlə onun yaxın zamanda ehtiyyat oyunçular skamiyasının üzvünə çeviriləcəyi bildirilib.
Ağa Dadaşzadə