Olaylar.az xəbər verir ki, Moskalkova jurnalistlərə verdiyi açıqlamada, "Biz bu məsələdə Ukrayna ilə əməkdaşlıq edirik... və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə fəaliyyət göstəririk. Ümid edirik ki, məsələ müsbət həllini tapacaq", - deyə bildirib.
Xatırladaq ki, 6 avqust 2024-cü ildə səhər saat 5:30-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk bölgəsindəki əraziləri ələ keçirmək məqsədilə hücuma keçib. Ancaq bu irəliləyiş Rusiya Silahlı Qüvvələri tərəfindən dayandırılıb. Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib ki, Kursk bölgəsindəki əməliyyat düşmənin məğlub edilməsi və dövlət sərhədinə çıxmaqla başa çatacaq.
Rusiya Prezidenti Vladimir Putin Kiyev rejiminin təxribata əl atdığını bildirib və qarşı tərəfə layiqli cavab veriləcəyini vurğulayıb. O həmçinin Rusiya Federasiyasının qarşısına qoyduğu bütün məqsədlərə çatacağını bəyan edib.
Kursk, Belqorod və Bryansk bölgələrində isə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi təhlükəsizlik rejimi tətbiq olunur.