AZ

Rusiyalı nazir minaya düşdü

Yakutiyanın "Gənclərlə İş və Sosial Kommunikasiyalar" naziri Petr Şamaev xüsusi hərbi əməliyyat (SVO) zonasında mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Olaylar.az rus mətbuatına istinadla xəbər verir ki, Şamaev fevralın 1-də səhər saatlarında kəşfiyyat əməliyyatı zamanı piyada əleyhinə mina ilə partlayıb. 

Partlayışdan sonra əsgər yoldaşı Momon Şamaevchr("39")i 4 kilometrdən çox məsafə boyunca kürəyində daşıyıb və onu Belqoroddakı xəstəxanaya aparıb. Növbəti üç günü xəstəxanada keçirdikdən sonra, Şamaev fevralın 5-də Moskvada əməliyyat olunub. Nazir sağ ayağını dizindən aşağı itirdiyini açıqlayıb və bu, artıq onun dördüncü əməliyyatıdır.

Şamaev hazırda əlil arabasında hərəkət edə bilir və vəziyyətinin yaxşılaşdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

2Mənbələr