Müxalifətin baş nazir Fransua Bayru hökumətinə qarşı etimadsızlıq təklifi Milli Assambleyada rədd edilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, boyun əyməyən Fransa (LFI) Partiyasının təqdim etdiyi etimadsızlıq təklifi Milli Assambleyada müzakirəyə çıxarılıb.
Səsvermə nəticəsində 115 deputat təklifi dəstəkləsə də, lazımi səs sayına çatmadığı üçün qəbul edilməyib.
Qeyd edək ki, müxalifət hökumətin siyasətini sərt tənqid edir və sosial-iqtisadi məsələlərlə bağlı yeni islahatlar tələb edir.
Nuriyyə Musayeva