AZ

“Fitch": Azərbaycan bankları Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir

Azərbaycan bankları Cənubi Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir.

Bunu "APA-Economics"ə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.

O bildirib ki, son illərdə Qafqaz regionundakı bankların çoxunun reytinqi yüksəlib. Gürcüstan və Ermənistanda bu əsasən pandemiyadan sonrakı iqtisadi bərpa və Ukraynada müharibə nəticəsində Rusiya mənşəli depozit axınının artması ilə bağlı olub. Azərbaycanda isə müsbət reytinq dəyişiklikləri əsasən neft qiymətlərinin artması, köhnə aktiv keyfiyyəti risklərinin azalması və tənzimləyici çərçivənin gücləndirilməsi ilə əlaqədardır.

Maksim Maliutin qeyd edib ki, bununla belə, regiondakı bütün banklar hələ də investisiya dərəcəsindən aşağı səviyyədədir və reytinqləri B ilə BB+ arasında dəyişir. Bunun əsas səbəbləri suveren reytinq məhdudiyyətləri və struktur problemləridir: “Məsələn, Ermənistan və Gürcüstanın reytinqləri BB- səviyyəsindədir. Digər məhdudlaşdırıcı amillər yüksək kredit və maliyyələşdirmə dollarlaşması, balans hesabatında böyük konsentrasiyalar və beynəlxalq standartlarla müqayisədə müəyyən tənzimləmə çatışmazlıqlarıdır”.

Seçilən
17
6
apa.az

7Mənbələr