AZ

Rusiyalı nazir minaya düşdü - FOTO

Fevralın 1-də Yakutiyanın “Gənclərlə İş və Sosial Kommunikasiyalar” naziri Petr Şamaev xüsusi hərbi əməliyyat bölgəsində ağır yaralanıb.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, nazir piyada əleyhinə minanın partlaması nəticəsində ciddi xəsarət alıb.

Hadisədən sonra Momon adlı hərbçi onu təhlükəli ərazidən çıxararaq 4 kilometr məsafə boyunca kürəyində daşıyıb. Şamaev daha sonra Belqoroddakı xəstəxanaya çatdırılıb.

Fevralın 5-də Moskvada əməliyyat olunan Şamaev sağ ayağının dizdən aşağı amputasiya edildiyini açıqlayıb. Onun bildirdiyinə görə, bu, keçirdiyi dördüncü cərrahi müdaxilədir.

Hazırda əlil arabasından istifadə edən nazir sağalma prosesinin müsbət istiqamətdə davam etdiyini vurğulayıb.

"Cebheinfo.az" 

Seçilən
16
cebheinfo.az

1Mənbələr