AZ

Elton Məmmədov binanın başına bina tikir? - Sakinlər ayağa qalxdı - VİDEO

Elton Məmmədov binanın damını satdı

Bakının Şamaxinka kimi tanınan ərazisində Yasamal rayonu,Moskva prospekti 8,3168-ci məhəllə ünvanında yerləşən “MAİN” Yaşayış Kompleksinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədova məxsus olduğu heç kimə sirr deyil.

Citypost.az  xəbər verir  ki, həmin kompleksdə çoxlu sayda günün tələblərinə  cavab verməyən,heç bir müvafiq lisenziyası olmadan qanunsuz (təndirxana,şirniyyat sexi,avtoyuma məntəqəsi,aptek,təsərrüfat və tikinti materialları dükanı,estetik kabinet və digər təyinatlı mağazalar) ticarət-iaşə obyektləri fəaliyyət göstərir.

 

 

Kompleksin sakinləri “MAİN” MTK-nın rəhbərliyindən şikayətçidirlər. Kompleksdə  yerləşən 11 saylı , 18 mərtəbəli binanın dam hissəsi  Elton Məmmədov tərəfindən hansısa iş adamına yüksək məbləğdə pula satıldığına dair iddialar var. Binanın dam hissəsində qanunsuz, hazırda  mövcud olan heç bir tikinti normalarına cavab verməyən tikinti-quraşdırma işləri aparılıb. Bina  sakinlərinin  FHN-ə,Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinə və digər müvafiq aidiyyatı  orqanlara müraciətlərindən sonra qeyri-qanuni aparılmış tikinti-quraşdırılma işləri dərhal dayandırılıb və Yasamal Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən söküntü işlərinin aparılmasına start verilib.

 

Aparılmış qeyri-qanuni tikinti işlərinin nəticəsi olaraq 10-dan çox mənzildə çat əmələ gəlib və binada təhlükəli vəziyyət yaranıb.Tikintinin təyinatı və kim tərəfindən aparıldığı bəlli deyil.
Müxbirimizlə söhbət zamanı söküntü işlərini  aparan şəxslər  Yasamal Rayon İcra Hakimiyyətinin göstərişi əsasında həyata keçirildiyini deyiblər.

Xatırladaq ki, qeyri-qanuni tikinti işlərinə rəvac verən E.Məmmədovun adı bir müddət öncə cəmiyyətdə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu dövrdə İşlər İdarəsinin müdiri olarkən Dövlət büdcəsindən Akademiya üçün ayrılan pulların bir hissəsini təyinatı üzrə xərclənməməsinə və Dövlət əmlakını istrafçılıq yolu ilə talamasına görə gündəmə gəlmişdi.

Onu da bildirək ki, həmin faktlar Hesablama Palatasının AMEA-da apardığı maliyyə yoxlamaları zamanı aşkar edilmiş və iş üzrə təhqiqat və istintaq aparılması üçün Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.

 

Citypost.az məsələ ilə bağlı  “MAİN” MTK ilə əlaqə saxlayıb. Binanın Sənan adlı komendantının  sözlərinə  görə,tikinti  işləri artıq  dayandırılıb  və qanunsuz aparılan   tikinti  sökülür.

Qanunsuz tikintinin kim tərəfindən aparılması sualına MTK-nın komendantı cavab verə bilməyib.

Seçilən
13
oxu24.com

1Mənbələr