Ötən günlərdə Güney Azərbaycanın mədənlərindən əldə olunan gəlirlışər hesabına əsasən farsların yaşadığı Kerman əyaləyində böyük turizm kompleksinin tikintisi başa çatıb. Bildirilib ki, “Qolqohər Mədən” şirkəti Kermanda Qohər Parkı adlı böyük turizm kompleksinin açılışını edib.
Məlumata görə, İran hökuməti mədənlərdən yığılan vəsait hesabına Kermanda iri turizm kompleksi tiksə də, Güney Azərbaycanın şəhərləri baxımsız durumda qalmağa davam edir, belə ki, Vərziğandakı xəstəxananın tikintisi hələ də başa çatdırılmayıb.
Qeyd edək ki, Vərziğanda yerləşən Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədəni sayılır. İranın illik mis istehsalının 60%-i bu mədəndən çıxarılır.
visiontv.az