Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp, deportasiya ehtimalına işarə etdiyi İngiltərə kralı III Çarlzın oğlu, Şahzadə Harrinin həyat yoldaşı, Susseks hersoginyası Meqan Marklın ölkədən çıxarılmasını planlaşdırmadığını bildirib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, "The New York Post"a verdiyi müsahibədə Tramp, Şahzadə Harrini deportasiya etməkdə maraqlı olmadığını bildirib.
"Bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Onsuz da həyat yoldaşı (Meqan Markl) ilə kifayət qədər problemləri var. O, qorxunc insandır.Düşünürəm ki, yazıq Harri nəzarət altındadır." - deyə bildirib.
Xatırladaq ki, Tramp 2024-cü ilin martında verdiyi açıqlamada, əgər yenidən prezident seçilərsə, Şahzadə Harrinin viza sənədlərində narkotik istifadəsi ilə bağlı yalan danışdığı aşkar edilərsə, ABŞ-dan deportasiya oluna biləcəyini eyham vurmuşdu.
Bundan əlavə, Tramp 2024-cü ildə yenidən prezident seçiləcəyi təqdirdə, Şahzadə Harrinin Kraliça II Yelizavetaya bağışlanmaz xəyanət etdiyini və nəticədə yalnız qalacağı xəbərdarlığını etmişdi.
Həmçinin, Şahzadə Harri 10 yanvar 2023-cü ildə nəşr olunan "Ehtiyat" adlı kitabında bəzi narkotik vasitələrdən istifadə etdiyini açıq şəkildə etiraf etmişdi.
Bu açıqlamalardan sonra Heritage Foundation adlı Amerika beyin mərkəzi, ABŞ Daxili Təhlükəsizlik Departamentinə (DHS) qarşı məhkəmə iddiası qaldıraraq, Şahzadə Harrinin immiqrasiya qeydlərinə giriş tələb etmişdi.