AZ

Ardıcıl 2 güclü ZƏLZƏLƏ oldu – Dağıntı və tələfat…

Fevralın 10-dan 11-nə keçən gecə Egey dənizində iki güclü zəlzələ baş verib.

Ulusal.az  xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ilk zəlzələ fevralın 10-da saat 23:16-da 5,2 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib və Muğlanın Bodrum rayonundan 160 km aralı olub.

Təxminən iki saat sonra, fevralın 11-də saat 01:37-də bölgə yenidən silkələnib. Bu dəfə 5,1 bal gücündə təkanlar Turgutreis bölgəsindən 147 km uzaqlıqda baş verib.

Hadisələrdən sonra müxtəlif güclərdə çoxsaylı afterşoklar müşahidə olunub. İlkin məlumatlara əsasən, zəlzələlər nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Seçilən
16
1
moderator.az

2Mənbələr