AZ

Alen Simonyan: “Bakı Ermənistandan keçən sitənilən yola “dəhliz” deyəcək”

Ermənistanın verdiyi istənilən yolu, heç bir üstünlük olmasa belə, Azərbaycan "dəhliz" adlandıracaq.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, dəhliz anlayışı Ermənistan üçün qəbuledilməzdir: “Ermənistan ərazisindən heç bir ekstraterritorial dəhliz olmayacaq”.

Simonyan izah edib ki, Bakı istənilən halda dəhlizi aldığını deyəcək.

Parlamentin spikeri qeyd edib ki, nəzarət kameralardan istifadə etməklə həyata keçirilə bilər və hərbçilərin ərazidə olması vacib deyil.

Spiker bildirib ki, Ermənistan bütün məsələlər, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı təkliflər verib və onları müzakirə etməyə hazırdır: 

“Kazanda bu təkliflərin təfərrüatlarının müsbət müzakirəsi aparılıb və Bakı təkliflərin məqbul olmadığını bildirənə qədər cavab gözləyəcəyik. İlkin mərhələdə, çox güman ki, yük daşınması olacaq. Ermənistanın marağı ondan ibarətdir ki, ona Naxçıvan ərazisindən Rusiya və İrana yol verilsin”.


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr