"Roma"nın hücumçusu Eldor Şomurodov cari mövsümün sonunda klubunu dəyişə bilər.
90deqiqe.Az "Legalbet"ə istinadən xəbər verir ki, 29 yaşlı forvardın xidmətində A Seriyasının digər təmsilçisi “Torino” maraqlıdır.
Özbəkistanlı futbolçunun transfer dəyəri 4 milyon avro qiymətləndirilir. Şomurodovun romalılarla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. İtaliya çempionatının cari mövsümündə Eldor 13 oyun keçirib. Hücumçu bir qol vurub, bir məhsuldar ötürmə edib.