AZ

Özgə torpağında dövlət quranların dövlətçilik siyasəti millətlərarası münaqişədən keçir- ÖZƏL

"Azərbaycan ərazisində erməni dövləti yaranandan sonra Cənubi Qafqazda millətlərarası münasibətlər gərginləşməyə başladı. Bu gərginlik təkcə siyasi müstəvidə yaşanılmırdı, həm də qarşılıqlı toqquşmalar da yaradırdı. Səbəb ermənilərin ərazilərini genişlədirmək niyyəti idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib: "Özgə torpağında dövlət quranların dövlətçilik siyasəti buna əsaslanırdı. Ermənistan deyilən ərazinin böyük bir hissəsi Zəngəzur adlanırdı, Azərbaycanın tarixi torpaqları idi. Qorqud Dədə demişkən, azərbaycanlılar bu torpaqları əkib-becərirdi də, qoruyurdu da. Gəlmələr onların yaratdığı, yaşatdığı mentaliteti mənimsəyə-mənimsəyə yerli əhaliyə - aborigenlərin yaşamına alışırdı. Dili də öyrənirdilər, mədəniyyəti də mənimsəyirdilər, incəsənəti də, folkloru da. Bu mənimsəmənin, belə mənimsəmənin sonrası milli səviyyədə plagiatlıq oldu. "Ayağına yer eləyənlər" Zəngəzurda belə məskunlaşmaqdaydı, məskunlaşırdı, məskunlaşmışdı. İllər on illər oldu, on illər yüz illər. Zaman 1988-ə çatdı. "Dəvəsi düzə çıxanlar" "cızığından çıxdılar". Bu, erməniliyin başqa formada davamı idi.

Ermənilər Qarabağı Ermənistana birləşdirmək niyyətinə düşəndə DTK-nın fəal iştirakı və təşkilatçılığı ilə Sumqayıt hadisələrini törətdilər. Bu, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların qovulması, qətlə yetirilməsi üçün bəhanə oldu. Əslində, Sumqayıt hadisəsi məhz bu niyyətlə törədilmişdi. Qışda, soyuqda-sazaqda minlərlə azərbaycanlı doğma yudrundan qovuldu, neçəsi yolda-izdə ömür itirdi. Azərbaycan onlara dövlət səviyyəsində kömək edə bilmədi. Bu, böyük mənəvi sıxıntı yaratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr