AZ

Nazir Şimşek Dubayda investorlarla görüş keçirəcək

Bakı, TurkicWorld

Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində investorlarla mühüm görüşlər keçirir.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, nazirlikdən əldə edilən məlumata görə, Şimşekin Dubayda dünən başlayan təmasları sabah başa çatacaq.

Səfər çərçivəsində o, maliyyə dünyasının aparıcı simaları ilə dəyirmi masa toplantısında iştirak edib və Türkiyə iqtisadiyyatı ilə bağlı sualları cavablandırıb.

Görüşlərə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu holdinq şirkətləri və banklarının rəhbərləri də qatılıb.

Maliyyə və real sektorun yüksək səviyyəli nümayəndələrinin iştirak edəcəyi investor toplantısında Şimşek qlobal iqtisadi tendensiyalar, Türkiyənin iqtisadi proqramındakı irəliləyişlər və xarici investorlar üçün yaradılan fürsətlər haqqında geniş çıxış edəcək.

Bundan əlavə, Şimşek Dubay səfəri çərçivəsində bir sıra rəsmi görüşlər də keçirəcək. O, Dünya Hökuməti Zirvə toplantısında “Çoxlu İqtisadi Blokların Yüksəlişi” adlı panelin panelistlərindən biri olacaq. Səfərdə Şimşekin Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Feysəl əl-İbrahim, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari və İndoneziyanın İqtisadiyyat naziri Aylanqqa Hartarto ilə də görüşməsi planlaşdırılır.

Seçilən
13
turkic.world

1Mənbələr