Bakı. Trend:
Paytaxtın müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri vəAbşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və birmobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisəməlumatlar daxil olub.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlədələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov,S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev vəəvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraqsaxlanılıb.
Bundan başqa Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudovun dasaxlanılması təmin edilib.
Araşdırmalar aparılır.