AZ

Moskva geri çəkildi: Bakı ilə İrəvan təkbaşına...

Moskva İrəvan və Bakı arasında danışıqları asanlaşdırmağa hazırdır, lakin tərəflər onları müstəqil şəkildə aparmağa qadirdir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"İrəvanda müxtəlif səviyyələrdə vasitəçilərə ehtiyac olmadığı barədə bəyanatlar səslənib. İrəvan və Bakı bu prosesi təkbaşına başa çatdırmağa qadirdir. Biz hər cür mümkün yardımı göstərməyə hazır olsaq da, müstəqil səyləri alqışlayırıq. Əsas odur ki, region - Cənubi Qafqaz - proqnozlaşdırıla bilən, sülhsevər olaraq qalır və rifah və əməkdaşlıq ərazisinə çevrilir", - Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan qeyd edib ki, İrəvan Bakı ilə münaqişənin həllində Moskvanın vasitəçiliyini rədd edir.

Seçilən
2
publika.az

1Mənbələr