AZ

İranda cümə imamı həbs edilib

“Halvəş” Teleqram kanalı xəbər verir ki, Sistan və Bəluçistan əyalətinin Delqan şəhərinin cümə imamı Əbdülbəsir Şahuzehi şəhər məhkəməsinə çağırıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və naməlum yerə aparılıb.

Hazırda sünni din xadiminin hansı səbəbdən çağırılması və həbsinin səbəbləri bəlli deyil. Bununla belə, son aylarda Sistan və Bəluçistan əyalətindən olan bir neçə sünni din xadimi təhlükəsizlik orqanlarına çağırıldıqdan sonra həbs edilib və müxtəlif məhdudiyyətlərlə üzləşib.

Visiontv.az



Seçilən
12
visiontv.az

1Mənbələr