AZ

DƏHŞƏTLİ SOYUQLAR GƏLİR! Evdən çölə çıxmayın: 14-16 fevral tarixlərində...

Meteorologiya mütəxəssisləri yaxın günlərdə Türkiyədə həddindən artıq soyuq havaların təsirli olacağı barədə xəbərdarlıq edib. Fevralın 17-20 tarixləri arasında qütb mənşəli hava axını nəticəsində kəskin temperatur enişi və “həddindən artıq qar” yağışının olacağı proqnozlaşdırılır.

Ekologiya.az xəbər verir ki, İstanbul Aydın Universitetinin meteoroloqu Dr. Güven Özdemirin sözlərinə görə, fevral ayı şiddətli soyuqlar və güclü şimal küləkləri ilə diqqət çəkir. O qeyd edib ki, yaxın günlərdə Mərmərə bölgəsi və İstanbul daxil olmaqla bir çox şəhərdə daha güclü qar yağışı gözlənilir ki, bu da insanların gündəlik həyatında müəyyən çətinliklər yaradacaq.

Meteorologiya Mühəndisi Adil Tek isə ABŞ və Avropa iqlim modellərinə əsaslanaraq, qütb soyuqlarının Türkiyəyə doğru hərəkət etməsinin yüksək ehtimal olduğunu bildirib. Onun sözlərinə görə, fevralın 12-dən başlayaraq havanın daha da sərtləşməsi, 14-16 fevral tarixlərində isə qarın güclənməsi ehtimal edilir.

“Fevralın 17-20 tarixlərindən etibarən qar yağışının daha geniş əraziləri əhatə edəcəyi və çox aşağı temperaturun müşahidə olunacağı gözlənilir. Hava şəraitinə görə sürücülər və piyadalar buzlanma və duman riskinə qarşı ehtiyatlı olmalıdırlar,” – deyə, o xəbərdarlıq edib.

Hazırda İstanbulun Böyükçekmece, Başakşehir və Beylikdüzü rayonlarında qarın təsiri hiss olunur. Mütəxəssislər gələn həftə üçün daha sərt hava şəraitinə hazır olmağı tövsiyə edirlər.

Seçilən
4
ekologiya.az

1Mənbələr