AZ

Peskov Simonyana cavab verdi

AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyanın bəyanatını belə şərh edib.

“Əslində vasitəçilərə ehtiyac olmadığı barədə İrəvandan müxtəlif səviyyələrdə bəyanatlar eşitmişik. Həm İrəvan, həm də Bakı bu proses yekunlaşana qədər danışıqları davam etdirməyə qadirdir. Hər cür mümkün yardımı göstərməyə hazır olsaq da, onların müstəqil səylərini alqışlayacağıq”,- Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Simonyan:“Rusiyaya ehtiyac yoxdur”
Kremlin sözçüsü həmçinin bildirib ki, Moskvanın mövqeyinin“Cənubi Qafqaz regionunun proqnozlaşdırıla bilən, dinc vəhəqiqətən də çiçəklənmə və əməkdaşlıq ərazisinə çevrilməsi”olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş təcrübənin“pis xatirələri” səbəbindən nizamlanma prosesində Rusiyanın iştirakına İrəvanın razılaşacağının “çox çətin” olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
azvision.az

1Mənbələr