AZ

Putin rejimi beyinləri yuyaraq rusların böyük qismini uydurulmuş nağıla inandırıb

Qərb jurnalistləri və televiziya kanalları Rusiya-Ukrayna müharibəsini adətən Ukrayna tərəfdəki hissədən işıqlandırır və reportajlar hazırlayırlar.

Bu doğrudur, çünki işğala məzur qalan Ukraynadır və ukraynalılar ərazi bütövlükləri uğrunda savaşırlar. Buna baxmayaraq, ilk dəfə Qərbin məşhur informasiya resursunun işğalçı tərəfdən hazırladığı filmi izlədim. Filmi izlədikdən sonra bir daha bu qənaətə gəldim ki, Putin rejimi beyinləri yuyaraq rusların böyük qismini uydurulmuş nağıla inandırıb. Böyük britaniyalı jurnalistə müsahibə verən rusiyalı hərbçilər və Donbass sakinləri bir ağızdan “Kiyevdə faşist rejimlə mübarizə aparırıq” dedilər.

Ancaq filmdə verilən müsahibələrdən başqa bir qənaət də əldə etmək mümkündür. Birincisi, ruslar müharibədən yorulublar. İkncisi ruslar işğalı genişləndirə bilmirlər. Üçüncüsü, müsahibə verənlərin əksəriyyəti Ukraynada qohumlarının olduğunu vurğulayır və müharibənin bitməsini arzulayırlar. Putin və ətrafı bu filmi izlələyərləsə Rusiyanı, ordusunu və işğal altında yaşayan rusları hansı dəhşətlərə sürüklədiyini anlayar.   

Elxan Sahinoğlu

Visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr