AZ

İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

Roma, 11 fevral, AZƏRTAC

İtaliyanın Emiliya-Romanya regionunda ət istehsalı müəssisəsində güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, gecə saatlarında başlayan yanğın geniş əraziyə yayılıb. Bölgəyə Modena, Parma və Bolonyadan olan mülki müdafiə qüvvələri cəlb olunub. Yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Alov müəssisənin yaxınlığındakı bəzi evlərin panjurlarını əridib. Binaya bitişik tikililər boşaldılıb, mənzillərdən sakinlər təxliyə edilib. Tüstü geniş əraziyə yayılıb. Bələdiyyə əhaliyə evlərin pəncərələrini bağlamaları barədə xəbərdarlıq edib.

Xəsarət alan olmayıb, təhlükəsizlik qüvvələri hadisənin başvermə səbəblərini araşdırır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
4
2
azertag.az

3Mənbələr