AZ

Britaniyalı mayner ?Bitcoin?lərini tapmaq üçün zibil poliqonunu alır

Britaniyalı mayner Ceyms Hauells 2013-cü ildə zibil poliqonunda itirdiyi və içində 7 500 ?Bitcoin?in olduğu sərt diski tapmaq üçün böyük riskə getməyə qərar verib. İT mütəxəssisi on ildən artıqdır ki, zibil poliqonuna giriş əldə etməyə çalışır.

Hauells sərt diski geri qaytarmağa çalışsa da, səlahiyyətlillər zibillikdə axtarış əməliyyatının aparılmasına icazə verməyib və sərt diskin zibilxanaya düşdükdən sonra şəhərin mülkiyyətinə çevrildiyini bildirib.

Hauells hakimiyyət orqanlarına qarşı məhkəmə araşdırmalarına başlasa da, sonda məhkəmə iddianı rədd edib.

Yerli hakimiyyət zibilxananı bağlamaq istəyir və onun yerində günəş elektrik stansiyası tikmək üçün artıq icazə alıb. Buna baxmayaraq, Hauells bu ərazini almağa razı olduğunu bildirsə də, onun üçün ödəməyə razı olduğu məbləği açıqlamayıb.

Seçilən
2
banker.az

1Mənbələr